Naftalanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın bölgə müxbiri xəbər verir ki, hadisə Naftalan şəhərin Qaşaltı Qaraqoyunlu kəndində qeydə alınıb.
Belə ki, 33 yaşlı Cavid Quliyev idarə etdiyi "VAZ 2107" markalı minik maşını ilə hətəkətdə olan zaman idarəetməni itirib. Nəticədə minik maşını yoldan çıxaraq yol kənarındakı hasara çırpılıb. Qəza zamanı sürücü Cavid Quliyev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Quliyev Cavid Müsəllim oğlu Goranboy və Ağstafa rayonlarının sabiq icra başçısı, həbsdə ölən Nizaməddin Quliyevin qardaşı oğlu olduğu bildirilir.