Əfqanıstanın qərbində yerləşən Qor əyalətində törədilən partlayış nəticəsində 6 dinc sakin ölüb.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Əfqanıstan hökumət nümayəndələri bildirib.
Hadisə ilə bağlı başqa məlumat yayılmayıb.
Partlayışın məsuliyyətini heç bir qruplaşma hələ ki, üzərinə götürməyib.