"Səs Azərbaycan: Doğma nəğmələr"in qalibi bəlli olub.
"Unikal" xəbər verir ki, yarışmada birinci yeri Xalq artisti Gülyaz Məmmədovanın tələbəsi Zülfü Əsədzadə qazanıb.
Qeyd edək ki, finalda aşıq Samirə Əliyevanın komandasında olan Türkay Məlikova, Xalq artisti Gülyaz Məmmədovanın tələbəsi Zülfü Əsədzadə, müğənni İlqar Xəyalın komandasından olan İlkin Dövlətov birincilik uğrunda mübarizə aparırdı.