Aktyor Fərda Xudaverdiyev yenidən qalmaqallı açıqlaması ilə gündəmə gəlib.
"Unikal" xəbər verir ki, "MTV maqazin"ə danışan Xudaverdiyev israrla qadın paltarı ilə səhnəyə çıxmayacağını bildirib:
"İnsanları güldürmək üçün qadın paltarı geyinmərəm. Məni o paltarda görmək istəyənlər elə də qocalacaqlar. Hansı kişi qadın paltarı geyinib səhnəyə çıxsa zatən insanlar ona güləcəklər. Bir kişinin qadın paltarında çıxmağı gülməlidir. Mən o cür paltarla səhnəyə çıxmaq istəmirəm".
Aktyor bu açıqlaması ilə yenidən bəzi həmkarlarının bostanına daş atıb. Onların Fərdanın bu sözlərinə reaksiyasının necə olacağını isə zaman göstərəcək.