"Kurtlar Vadisi"ndə "Doğu Eşrefoğlu" obrazı ilə tanınan Altan Akışık illər sonra ortaya çıxıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialda yüksək səviyyəli dövlət məmurunu canlandıran 79 yaşlı Akışık illər sonra jurnalistlərin obyektinə tuş gəlib. Belə ki, o, Akışık İstanbul Çekmeköydəki zooparkı ziyarət edib. Heyvanlarla maraqlanan usta oyunçunun bu səfəri sosial şəbəkədə paylaşılıb.