Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfindən əsir götürüldüyünü iddia etdiyi erməni hərbçini tapıb.

"Unikal" xəbər verir ki, bu barədə Ermınistan MN məlumat yayıb.

"Martın 21-də döyüş mövqeyinə avtomobillə qida məhsulları daşıyarkən yolunu azmış hərbi qulluqçu axtarış-xilasetmə işləri nəticəsində martın 22-də tapılıb. Hərbi qulluqçunun həyatı üçün heç bir təhlükə yoxdur", - nazirliyin məlumatında deyilir.

Xatırladaq ki, martın 21-də erməni hərbçinin itkin düşməsi ilə bağlı xəbər yayılmışdı. Ermənistan Müdafiə Nazirliyi iddia edirdi ki, guya onu Azərbaycan hərbçiləri əsir götürüb. Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı yaydığı məlumatda isə bildirmişdi ki, Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun nəqliyyat vasitəsi ilə guya azaraq Azərbaycan Ordusunun bölmələrinin mövqelərinə yaxınlaşması və bölmələrimiz tərəfindən əsir götürülməsi barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır.