Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə tranzitinə başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə SOCAR-ın törəmə şirkəti olan SOCAR Midstream Operations MMC məlumat yayıb.
Məlumata görə, “Tengiz” yatağında hasil edilən Qazaxıstan neftinin ilk partiyası martın 23-də prezident Heydər Əliyev adına tankerlə Aktau limanından Azərbaycanın Səngəçal terminalına çatdırılıb.
Qazaxıstan neftinin BTC ilə nəqli SOCAR və “Kazmunaigas” arasında ildə 1,5 milyon ton neftin tranzitini nəzərdə tutan saziş əsasında həyata keçirilir.
Qazaxıstan neftinin növbəti partiyasını tədarük edəcək “Şuşa” tankeri martın 27-də Aktau limanından yola düşəcək.