Sumqayıt şəhərində ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün taxta atmaları 15 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.