İsrailin Nyu-Yorkdakı baş konsulu Asəf Zamir istefa verdiyini açıqlayıb. Onun sözlərinə görə, müdafiə naziri Yoav Qalantın vəzifəsindən azad edilməsindən sonra ölkəsinin hökumətini artıq təmsil edə bilmədiyi üçün belə bir qərar verib.
"Unikal" xəbər verir ki, müvafiq mesajı Zamir öz Twitter səhifəsində yazıb.
"İsrailin Nyu-Yorkdakı baş konsulu vəzifəsindən istefa verdiyimi bildirmək üçün bu gün sizə ürək ağrısı ilə yazıram... Müdafiə nazirinin işdən çıxarılması ilə bağlı bugünkü təhlükəli qərar məni inandırdı ki, mən bundan sonra bu hökuməti təmsil etməyə davam edə bilməyəcəyəm" - Baş konsul yazıb .
O, həmçinin əlavə edib ki, Benyamin Netanyahu hökumətinin təklif etdiyi məhkəmə islahatı İsrailin demokratik sisteminin təməlini sarsıdır.
Bazar günü, martın 26-da İsrailin baş naziri Benyamin Netanyahu məhkəmə islahatlarını tənqid etdikdən sonra Yoav Qalantı müdafiə naziri vəzifəsindən uzaqlaşdırıb . Mətbuatda yayılan xəbərlərə görə, Netanyahu Qalanta "arxasından" verdiyi açıqlamalardan sonra ona inamını itirdiyini deyib. Galant daha əvvəl Netanyahu hökumətini məhkəmə sistemində islahatları dayandırmağa çağıraraq, cəmiyyətdə orduya və təhlükəsizlik qüvvələrinə sızan və milli təhlükəsizliyə real təhdid olan dərinləşən çatların olduğunu demişdi .
Müdafiə nazirinin istefası elan edildikdən az sonra İsrailin bir çox şəhərində etiraz aksiyaları başlayıb. Yüzlərlə insan Qüdsdə hökumətə və məhkəmə islahatlarına qarşı nümayişlərə çıxıb. Nümayişçi qruplarının Ayalon şossesini bağladıqları məlumdur. Qüdsdə nümayişçilərin Netanyahunun evinə soxulduğu da bildirilib .
Məhkəmə islahatları hakimlərin təyinatı üzərində hökumətə nəzarətin verilməsini və Ali Məhkəmənin səlahiyyətlərinin məhdudlaşdırılmasını nəzərdə tutur. Bu, yəhudi dövlətində üç aydır davam edən kütləvi etirazlara səbəb olub.