Çeçenistan rəhbəri Ramzan Kadırovun azyaşlı oğulları Axmat və Adam terrorla mübarizəyə görə mükafatlandırılıblar.
"Unikal" xəbər verir ki, bu barədə Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev "Telegram" kanalında yazıb.
"Axmat və Adam Kadırovlar Daxili İşlər Nazirliyinin Çeçenistan Respublikası üzrə "Terrorçuluğa qarşı mübarizədə fərqlənməyə görə" xatirə nişanları ilə təltif ediliblər!", - məlumatda deyilir.
Rəsmi şəxsin sözlərinə görə, Kadırovun övladları əsl vətənpərvərlərdir və hər bir hərəkətində respublikanın keçmiş prezidenti Axmat-Xaji Kadırovun göstərişlərinə ciddi əməl edirlər.
Axmat və Adam Kadırovların terrorla necə mübarizə apardıqları barədə məlumat verilməyib.
Ağarza Elçinoğlu