Bakıda “Qarabağ” və “Qalatasaray” klubları (1:2) arasında keçirilən xeyriyyə matçında meydanın ən yaxşılardan olan Abdulla Zubirə Türkiyə komandalarının marağı artmaqda davam edir.
"Unikal" xəbər verir ki, həmin klublardan biri də “Alanyaspor”dur. Super Liqa təmsilçisinin baş məşqçisi Ərsun Yanal futbolçunu sərəncamında görmək istəyir və klub rəhbərliyindən yayda bu transferi həll etmələrini xahiş edib.
Fransanın “Lill” klubu da mərakeşli futbolçunu heyətinə cəlb etmək istəyir.
Qeyd edək ki, 31 yaşlı futbolçu 2018-ci ildən “Qarabağ”ın şərəfini qoruyur.