Qazaxıstanda Əlixan Smailovun başçılıq etdiyi hökumət respublika parlamentinin aşağı palatası olan Məclisin yeni tərkibinin seçilməsi fonunda istefa verib.

"Unikal" xəbər verir ki, bu barədə ölkə prezidenti Qasım-Jomart Tokayevin mətbuat xidməti məlumat yayıb.

Palatanın deputatlarına seçkilər martın 19-da baş tutub. 98 yerdən 62-ni ən böyük partiya "Amanat" qazanıb. "Auyl" (səkkiz yer), "Respublika" və "Ak Jol" partiyaları da parlamentə daxil olublar – hər biri müvafiq olaraq altı mandat qazanıb. Qazaxıstan Xalq Partiyası (beş) və Ümummilli Sosial Demokrat Partiyası (dörd) da parlamentdə təmsil olunacaq. 

Daha 7 yeri öz namizədliyi ilə irəli sürülmüş namizədlər tutub. Bu gün yeni çağırış parlamentarilər ilk iclasa toplaşacaqlar.

Ağarza Elçinoğlu