Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
"Unikal" xəbər verir ki, yenilənmiş qanuna əsasən, bundan sonra Azərbaycan ərazisindən tranzit keçən, xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrinin sahibləri və ya həmin nəqliyyat vasitəsini idarə edən şəxslər yol vergisinin ödəyicisi hesab olunacaq.
İndiyə qədər yol vergisinin ödəyicisi Azərbaycan ərazisinə daxil olan, həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezident şəxslər sayılırdı.