Hindistanın Madhya-Pradeş ştatının İndor şəhərində bir qrup dindarın pilləli quyuya düşməsi nəticəsində məbəddə baş verən qəzada ölənlərin sayı 35-ə çatıb.

"Unikal" xəbər verir  ki, bu barədə TASS məlumat yayıb. 

***20:22

Hindistanda məbəddə döşəmənin çökməsi nəticəsində 13 nəfər ölüb.

"Unikal" xəbər verir ki, bu barədə Hindistan mətbuatı məlumat yayıb.

İndor şəhərindəki mağarada baş verən hadisə zamanı 30 nəfərin üzərində dayandığı döşəmə çöküb.

Hadisə nəticəsində din xadimləri quyuya düşüblər. Hadisədə xəsarət alan 13 nəfər xəstəxanaya yerləşdirilib.