17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Şimali Makedoniya ilə qarşılaşacaq.

"Unikal" xəbər verir ki, komandamız aprelin 12-dən 15-dək Bakıda, 16-dan 21-dək isə Şimali Makedoniyanın paytaxtı Skopyedə təlim-məşq toplanışında olacaq.

Millimiz hazırlıq çərçivəsində aprelin 18-də və 20-də Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı 2 yoxlama oyunu keçirəcək.