Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.
"Unikal" AMB-yə istinadən xəbər verir ki, bu il aprelin 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 9 milyard 133 milyon ABŞ dolları təşkil edib.
Bu, ötən ayın eyni dövrü ilə müqayisədə 89,2 milyon dollar çoxdur.