Azərbaycandan ABŞ-a ticarət missiyasının təşkil edilməsi nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyindən “Unikal”a verilən məlumata görə, bunu nazirin I müavini Elnur Əliyev ABŞ-nin ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi Arun Venkataramanla görüşdə bildirib.
Görüşdə qeyd olunub ki, ABŞ-Azərbaycan Ticarət Palatası investisiya əməkdaşlığının inkişafı, ikitərəfli işgüzar əlaqələrin qurulması üçün səmərəli mexanizmdir. Bu il ABŞ-a təşkili nəzərdə tutulan ticarət missiyası da biznes subyektləri arasında əlaqələrin dərinləşdirilməsinə xidmət edəcək.
Görüşdə ticarət və investisiya əlaqələrinin təşviqi, enerji diversifikasiyası, texnologiyaların transferi, logistika, “yaşıl” enerji və rəqəmsal iqtisadiyyat sahələri üzrə əməkdaşlıq istiqamətləri müzakirə edilib.