“Elektroenergetika haqqında” qanunun liberallaşma ilə əlaqəsi yoxdur. Burada söhbət ancaq ondan gedir ki, bu sahədə şəffaflığı və səmərəliliyi təmin edək, müxtəlif sahələri bir-birindən ayırmaqla orada daha çox şəffaflıq yaradaq".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Elektroenergetika haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputatların suallarını cavablandıran energetika naziri Pərviz Şahbazov deyib.
Nazir bildirib ki, harada mümkündürsə, orada rəqabət üçün şərati yaradaq: "Amma gələcəkdə liberallaşma mümkün olacaqsa olacaq, olmayacaqsa olmayacaq. Amma bu qanunu qəbul etməmək kökündən səhvdir. Yer kürəsində invesitisiyalara “yox” deyən yoxdur. Bu qanun bu imkanları bizim üçün yaradır. Bu gün “Azərenerji”, “Azərişıq” əllərindən nə gəlirsə, edirlər. Hamı çalışır ki, dövlət siyasətinə uyğun fəaliyyət göstərsin. Amma bu o demək deyil ki, biz inkişaf etməməliyik, münbit şəraiti yaratmamalıyıq. İstehsal ilə ötürmə dövlətin əlindədir. Maliyyə institutları maliyyə ayırmır ki, bunlar bir yerdədir. Çünki onlar səmərəliliyi hesablaya bimirlər. Lakin digər halda onlar maliyyə vəsaiti ayıra bilirlər. Bizim problemlərimiz azdır ki, öz vəsaitlərimizi özümüz qoyaq? Bəs biz sosial məqsədlər üçün vəsaitimizi haradan götürəcəyik? Ona görə hər bir dövlət çalışır ki, ökəsinə investisiya cəlb edə bilsin. Bu qanun potensial invesitisya cəlb etməyi ehtiva edir. İstəyirik ki, dövlət qarantiya vermədən özəl şirkətlər gəlib investisiya qoya bilsin. Bu qanun layihəsi üzərində 3 ildən çoxdur işləyirik. İlk növbədə qanun deyir ki, istehlakçıların tarifləri tənzimlənməlidir".
P.Şahbazovun sözlərinə görə, dünyanın heç bir yerində belə şey yoxdur ki, investisiyaları qəbul etməsin, xüsusilə də xarici investisiyaları: "O zaman siz deyirsiniz ki, islahatlar istəmirik, bununla razılaşmayaq, o zaman bu sahəni bağlayaq gedək. Bu gün hər bir ölkə çalışır ki, investisiya cəlb etsin, amma biz belə addım atmaqla yalnız Azərbaycanın maliyyə qoymasını istəyirik”.
Anar Kəlbiyev