Ödəniş daxilolmalarının təhlili zamanı aşkar edilib ki, çərşənbə və cümə axşamı günlərində və dekabr ayında dövri olaraq daha çox ödənişlər həyata keçirilir.
"Unikal" Azərbaycan Mərkəzi Bankının istinadən xəbər verir ki, bazar ertəsi günlərində və yanvar ayında isə daha az ödənişlər həyata keçirilir.
Qeyd edək ki, ödəniş daxilolmaları barədə məlumatlar milli ödəniş sistemi vasitəsilə həyata keçirilmiş maliyyə daxilolmaları (benefisiar) əsasında hazırlanır və 19 fəaliyyət sahəsini əhatə edir.