ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində, “Brent” neftinin ixracına dair 2023-cü ilin iyun müqaviləsinin dəyəri 0,65% artaraq, 1 barelə görə 84,73 dollar təşkil edib.
"Unikal" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,74% artaraq, 80,33 dollara bərabər olub.