2022-ci ildə aparılmış uyğunluq auditləri ilə aşkar edilmiş maliyyə pozuntularının məbləğinin 481,2 mln. manat olduğu müəyyən edilib.
"Unikal" xəbər verir ki, bu barədə Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd edilib.
Hesablama Palatasının Kollegiyası tərəfindən dövlət vəsaitinin bərpası ilə bağlı verilmiş təkliflərlə yanaşı, digər tədbirlərin görülməsi istiqamətində təkliflər təsdiq edilməklə icra üçün audit obyektlərinə təqdim edilib. Həmin tədbirlər əvvəlki dövrdən qalan debitor borcların və məbləği artırılmış kreditor borcların bağlanılması və ləğv edilməsi, fiziki və hüquqi şəxslər üzrə artıq hesablanmış ödənişlərin gələcək hesablaşmalarda nəzərə alınması, 1 satınalma müqaviləsinin məbləğinin azaldılması və s. ilə bağlı olub.
Bundan əlavə, başa çatdırılmış uyğunluq auditlərinin əhatə etdiyi 16 qurum üzrə 36,7 mln. manat məbləğində səmərəsiz xərclərə yol verildiyi müəyyən edilib. Bundan əlavə, başa çatdırılmış uyğunluq auditlərinin əhatə etdiyi 16 qurum üzrə 36,7 mln. manat məbləğində səmərəsiz xərclərə yol verildiyi müəyyən edilib.
Anar Kəlbiyev