Hesablama Palatası tərəfindən Naxçıvanda aparılan yoxlamalar zamanı əməyin ödənişi üzrə bir sıra nöqsanlar da müəyyən edilib.
"Unikal" xəbər verir ki, bu barədə Hesablama Palatasının 2022-ci il üzrə fəaliyyət hesabatında bildirilib.
Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi tərəfindən 2022-ci ildə 13 audit və 10 analitik fəaliyyət aparılması planlaşdırılıb.
Bildirilib ki, əmək məzuniyyətindən qayıtmış işçi ilə hesablaşmalar və vəfat etmiş işçi üçün ödənilən birdəfəlik müavinət və işdən azad olunan işçilərə ödənilən son haqq-hesab düzgün hesablanmayıb, ixtisas dərəcəsinin verilməsi zamanı staj nəzərə alınmayıb. Həmçinin nəzarət obyektlərində bir sıra hallarda əməkdaşları vəzifəyə təyin olunması zamanı ixtisasa dair tələblərin gözlənilməməsi, kənardan cəlb edilmiş işçilərlə xidməti müqavilələrin düzgün bağlanmaması kimi hallara yol verilib. Qeyd edilən nöqsanlar nəticəsində auditin əhatə etdiyi dövr ərzində kənar dövlət maliyyə nəzarəti (KDMN) obyektləri üzrə -13,5 min manat artıq və 4,2 min manat əksik ödəmələrin həyata keçirildiyi müəyyən edilib.
Naxçıvanda 5 kənar dövlət maliyyə nəzarəti obyekti üzrə 2017-2022-ci illəri əhatə edən dövr ərzində ümumilikdə 18,7 milyon manatın istifadəsi zamanı “Dövlət satınalmaları haqqında qanuna müraciət edilməyib.
Anar Kəlbiyev