Hesablama Palatasının sədri Vüqar Gülməmmədov nöqsanların təkrarlanması ilə bağlı fikirlərə münasibət bildirib.
"Unikal"ın məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxış edən Palata sədri bildirib ki, nöqsanların təkrarlandığı hər il deyilir.
"O dövrdən bu dövrə görülən iş nədən ibarət olub ki, nöqsanlar təkrarlanmasın? Özümüzə də baxaq ki, biz bu dövrdə hansı ciddi bir iş gördük ki, bu işlər də təkrarlanmasın? Vacib olan bu suala cavab tapmaqdır", - deyə V.Gülməmmədov qeyd edib.
Anar Kəlbiyev