İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 19 nəqliyyat vasitəsi satılıb.
"Unikal" quruma istinadən xəbər verir ki, hərraca çıxarılmış dövlət əmlaklarına ümumilikdə 71 sifariş qəbul edilib.
Hərrac rəqabətli olub. Belə ki, “Toyota Camry” markalı avtomobilin start qiyməti 9 000 manat olsa da, ən son təklif 15 000 manat olub. Start qiyməti 7 500 manat olan “Toyota Corolla” markalı nəqliyyat vasitəsi isə 14 500 manata özəlləşdirilib.
Satılan əmlaklar üzrə dövlət büdcəsinə 186 740 manat vəsaitin ödənilməsi nəzərdə tutulur.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/347gun linki vasitəsilə tanış olmaq olar.
Növbəti hərrac aprelin 18-də keçiriləcək.