2023-cü ilin yanvar-mart aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin analoji dövrü ilə müqayisədə 11,6 faiz artaraq 2,608 milyard manat olub.
"Unikal" bu barədə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Komitədən verilən məlumata görə, qeyd olunan dövrdə Azərbaycanda hüquqi şəxslər tərəfindən əhaliyə 1,98 milyard dəyərində xidmət göstərilib ki, bu da göstərilən xidmətlərin ümumi həcminin 75,9 faizini təşkil edir.
2023-cü ilin yanvar-mart aylarında adambaşına düşən ödənişli xidmətlərin həcmi orta hesabla 257,4 manat təşkil edib ki, bu da 2022-ci ilin göstəricisindən 47 manat çoxdur.