2023-cü ilin yanvar-mart ayları üzrə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1 milyard 340,1 milyon manat təşkil edib.
Bu barədə "Unikal"a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyd edilib ki, məhsul dəyərinin 1 milyard 264,1 milyon manatı heyvandarlıq, 76,0 milyon manatı bitkiçilik məhsullarının payına düşür.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,4 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,5 faiz, bitkiçilik məhsulları üzrə 1,3 faiz artıb.
Qeyd edək ki, 2022-ci il üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 10 milyard 984,2 milyon manat təşkil edib ki, onun da 5 milyard 446,2 milyon manatı heyvandarlıq, 5 milyard 538,0 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.