Pakistanda Terrorla Mübarizə İdarəsinə aid polis məntəqəsində baş verən partlayışda ölənlərin sayı 13-ə çatıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində yaralıların sayı 50-yə yüksəlib. 

Polis rəisi Axtar Həyat bildirib ki, böyük ehtimalla, elektrik qurğusunda baş verən qısaqapanma nəticəsində hərbi sursat partlayıb. 

***00:42

Pakistanda Terrorla Mübarizə İdarəsinin (CTD) polis bölməsinə hücum edilib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, canlı bombanın özünü partlatması nəticəsində 10 nəfər ölüb, 28 nəfər yaralanıb.

Xeyber-Paxtunxva əyalətinin Svat bölgəsinin Kabal şəhərində qeydə alınan hadisədə ardıcıl 2 partlayışdan sonra polis məntəqəsi dağılıb. 

Hücuma görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib. 

Hücumla bağlı istintaq başladılıb.

Ağarza Elçinoğlu