Rusiyanın Primorsk vilayətinin Lesozavodsk şəhərində ağac emalı müəssisəsi yanıb.
"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, zavodda baş verən yanğın 12 min kvadratmetr ərazini əhatə edib.
20 nəfər təxliyə edilib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, bir neçə saat ərzində yanğın sahəsi 1,5 min kvadratmetrdən 10 dəfəyə qədər artıb. Yanğını hələlik söndürmək mümkün olmayıb.
Ağarza Elçinoğlu