İYİ Partiya sədri Meral Akşener "Sözcü TV"nin "Liderlər Özel" proqramında gündəmlə bağlı sualları cavablandırıb.
"Unikal" xəbər verir ki, Akşener veriliş zamanı "Togg alacaqsınızmı?" sualına da diqqətçəkən cavab verib.
"O qədər pulum yoxdur. Təqaüdçüyəm. Pensiyamın bir ayını Kılılçdaroğlunun kampaniyasına yatırmışam. Gəlin ərimdən soruşum ki, imkanı varmı? Varsa, alarıq", - deyə cavab verib.
Onun bu cavabı Türkiyə mediasında gündəm yaradıb.
Gülayə Mecid