MI6 (Böyük Britaniyanın Gizli Kəşfiyyat Xidməti) tərəfindən Əfqanıstan-Pakistan sərhədindəki Taliban düşərgəsinə sızmaq üçün göndərilən ingilis agentinin ölkəsinə qayıtdıqdan sonra öz uşağını öldürdüyü üzə çıxıb.
"Unikal" xəbər verir ki, bu barədə İngiltərənin "Times" qəzeti məlumat yayıb.
Məlumata görə, agentin İngiltərəyə qayıdanda həddindən artıq stress və travma keçirdiyi bildirilib. O, bu səbəbdən azyaşlı övladını boğaraq öldürüb. Hadisədən sonra adı açıqlanmayan agent psixiatriya mərkəzinə yerləşdirilib.