ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı dövlət başçısı Co Baydenin immiqrasiya siyasətini tənqid edib və ABŞ-ı zibilxana adlandırıb.
"Unikal" xəbər verir ki, o, bu barədə yerli KİV-ə müsahibəsində deyib.
Onun sözlərinə görə, Baydenin dövründə cənub sərhədləri praktiki olaraq yox olub, ölkəyə milyonlarla miqrant gəlib.
"Şəhərlərimiz evsiz insanlar, narkomanlar və zorakı cinayətkarlarla doludur. Bu insanların əksəriyyəti çox təhlükəlidir. Mənim rəhbərliyim dövründə ABŞ tarixdə ən çox nəzarət edilən sərhədə malik olub, Baydenin dövründə isə ölkə zibilxanaya çevrilib”, - Tramp bildirib.
O, əlavə edib ki, Baydenin prezident kimi fəaliyyəti dünyanı üçüncü dünya müharibəsinin astanasına gətirib.
Gülayə Mecid