"Bank of Baku" ASC 2023-cü ilin I rübündə 9,5 milyon manat xalis mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 3,5% azdır. Bank 2022-ci ilin ilk rübündə isə 9,9 milyon manat xalis zərər açıqlamışdı.
"Unikal" xəbər verir ki, bu barədə bankın rüblük maliyyə hesabatında qeyd olunub.
Hesabata görə, bankın faiz gəlirlərinin həcmi illik müqayisədə 41% artaraq 29,7 mln. manat təşkil edib. Bankın faiz xərcləri 2 dəfə artaraq 8,7 milyon manat olub. Nəticədə bankın xalis faiz gəlirləri 20,9 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 24,6% çoxdur. Bankın qeyri-faiz gəliri 30,3% azalaraq 2,2 mln. manat, qeyri-faiz xərcləri isə 22% artaraq 15,1 mln. manat təşkil edib. Bu dövrdə Bankın əməliyyat mənfəəti 7,9 milyon manata (6% çox) bərabər olub.
1 aprel 2022-ci il tarixinə bankın cəmi aktivləri 5% artaraq 736,1 milyon manata yüksəlib, o cümlədən kredit portfeli 1% artaraq 583,6 milyon manata çatıb. "Bank of Baku"nun öhdəlikləri isə 4,4% artaraq 603,7 milyon manata bərabər olub, o cümlədən depozit portfeli 7% artaraq 391,3 milyon manata yüksəlib. Bununla belə, son üç ayda şirkətlər bankdakı əmanətlərini 26,4% və ya 9,4 milyon manat azalaraq 26,1 milyon manata endiriblər.
Bu ilin birinci rübündə bank cəmi kapitalını 7,8% milyon manat artıraraq 132,5 milyon manata çatdırıb(apa).