"Expressbank" ASC 2023-cü ilin birinci rübündə 3 milyon 441 min manat xalis mənfəət əldə edib.
"Unikal" xəbər verir ki, bankın aktivləri isə ötən ilin analoji dövrü ilə müqayisədə 20% artaraq, 440 milyon 633 min manat təşkil edib.
Kredit və depozit portfelinin həcmi artıb
Cari ilin ilk rübü üzrə Bankın kredit portfelinin həcmi 299 milyon 516 min manat olub ki, bu da ötən ilin eyni dövründən 14% yüksəkdir.
Artım depozit portfelinin həcmində 20% təşkil edərək, 186 milyon 481 min manat olmuşdur. Portfelin 151 milyon 273 min manatını fiziki şəxlərin Banka yatırdığı əmanətlər və cari hesablar təşkil edib.
Bank gəlirləri 18% artıb
2022-ci ilin müvafiq dövrü ilə müqayisədə Bankın gəlirləri 18% artaraq, 17 milyon 960 min manat olmuşdur. Bank gəlirlərinin 12 milyon 966 min manatını faiz gəlirləri, 4 milyon 995 min manatını isə qeyri-faiz gəlirləri təşkil etmişdir.
Qeyd edək ki, "Expressbank" ASC beynəlxalq reytinq agentliyi “Fitch Ratings” tərəfindən “B” səviyyəli “stabil” proqnozu ilə təsdiqlənib. Bu reytinq ölkə bankları sırasında yüksək nəticələrdən hesab edilir.
Xidmət keyfiyyəti ilə seçilən "Expressbank" ASC-nin Bakı şəhəri və regionlar üzrə 15 filialı mövcuddur. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.