May ayının 6-da Britaniya kral sisteminin minlərlə müxalifi ölkənin müxtəlif şəhərlərində III Çarlzın yeni kral kimi tacqoyma mərasimi ilə eyni vaxtda nümayişlərə başlayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, etirazçılar "Sən mənim kralım deyilsən şüarları səsləndirərək kral sisteminin devrilməsini tələb ediblər.
Əsasən sarı geyinmiş təxminən 2 min nəfərlik etirazçı qrup şüarlarla Londonun Trafalqar meydanına doğru yürüş ediblər. Polis ictimai asayişi pozduqlarına görə onları dayandırıb.
Respublika hərəkatının fəallarından biri olan Lyuk Uaytinqin sözlərinə görə, etirazçılardan altı 6-sı həbs edilib.
Ağarza Elçinoğlu