ABŞ Türkiyəyə S-400 zenit raket kompleksini Ukraynaya göndərməyi təklif edib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər nazi Mövlud Çavuşoğlu "Haberturk" telekanalına müsahibəsində bildirib.
“Bizə S-400-ə özlərinin nəzarət etməsini təklif etdilər. Bu, bizim müstəqilliyimizə müdaxilədir. Hətta bizə S-400-ü Ukraynaya göndərmək də təklif olundu, bizə bununla razılaşmadıq, imtina etdik. Biz onları öz ehtiyaclarımız üçün almışıq”, - deyə XİN başçısı vurğulayıb.