Lüdovit Odor Slovakiyanın yeni baş naziri təyin ediləcək.
"Unikal" xəbər verir ki, bu barədə bazar günü fövqəladə brifinqdə respublika prezidenti Zuzana Çaputova bildirib.
"Slovakiya Milli Bankının sədr müavini Ludovit Odor yeni baş nazir təyin olunacaq", - o deyib.
Bundan əvvəl baş nazir vəzifəsini icra edən Eduard Heqer istefa vermək niyyətində olduğunu açıqlamışdı . Qanuna uyğun olaraq, onun bütün kabineti onunla birlikdə istefa verir.
15:10
Slovakiyanın Baş naziri Eduard Heger ölkə Prezidenti Zuzana Çaputovadan onu hökumət başçısı vəzifəsindən azad etməklə bağlı müraciət ünvanlayıb.
Bu barədə “Unikal" “İnterfax”a istinadən xəbər verir.
Slovakiyanın müvəqqəti hökumətinə rəhbərlik edən Heger nazirlərin istefası ilə bağlı belə bir qərar qəbul edib.