"Stokholm əvvəllər dəfələrlə dediklərimizi indi etiraf edir. Bəs bizim tələbimiz nədir? Terrorçular. Yəni terrorun təbliğatı, pul yığımı olmasın. NATO-ya üzv olmaq istəyən ölkədə bu düzgündürmü?"
"Unikal" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Habertürk” telekanalına müsahibəsində İsveçin NATO üzvlüyündə irəliləyişlə bağlı sualı cavablandırarkən deyib.
Finlandiya və İsveç ötən ilin mayında Ukraynada baş verən hadisələr fonunda alyansa qoşulmaq üçün NATO-nun baş katibinə ərizələr təqdim ediblər. Alyansa daxil olmaq üçün onun bütün üzvlərinin razılığı tələb olunur. Əvvəlcə Türkiyə ərizə prosesini əngəllədi, lakin iyunun 29-da Türkiyə, İsveç və Finlandiya təhlükəsizlik memorandumu imzaladılar, NATO-nun baş katibi Yens Stoltenberqin sözlərinə görə, Ankaranın terrorizmlə mübarizə ilə bağlı bütün narahatlıqlarını nəzərə alır.
2023-cü ilin əvvəlinə qədər İsveç və Finlandiyanın müraciətləri NATO-ya daxil olan 30 ölkədən 28-i tərəfindən ratifikasiya edilmişdi.Lakin Macarıstan və Türkiyə İsveçin müraciətini Finlandiyadan ayrıca nəzərdən keçirmək istəyirdi. Martın 31-nə keçən gecə Finlandiyanın NATO-ya müraciətinin alyansın bütün üzvləri tərəfindən ratifikasiyası başa çatıb. İsveçin müraciəti hələ Macarıstan və Türkiyə tərəfindən təsdiqlənməyib.
Bundan əvvəl Rusiyanın İsveçdəki səfirliyi öz saytında məqalə dərc edib ki, İsveç və Finlandiyanın NATO-ya daxil olmasından sonra Rusiya-NATO sərhədlərinin ümumi uzunluğu demək olar ki, iki dəfə artacaq, bu, Avropanın - yeni üzvlərin təhlükəsizliyini yaxşılaşdırmayacaq. Düşmən blokunun “Rusiyanın cavab tədbirləri üçün qanuni hədəfinə çevriləcək.