Atatürk Hava Limanı Milli Bağçasında keçirilən AK Partiyanın “Böyük İstanbul Toplantısı” başlayıb.
"Unikal" xəbər verir ki, prezident və AK Partiya sədri Rəcəb Tayyib Ərdoğan mitinqdə açıqlamalar verib.
"Biz İstanbulu çox sevirik. Buradan prezidentliyə doğru addımladıq. İndi yenidən sizinlə yoldayıq. Mayın 14-də kimisə təqaüdə çıxaracağıq. Onlar dünən Maltəpədə idilər. İndi mənə rəsmi rəqəmi gətirdilər, rəsmi rəqəm 1 milyon 700 mindir".