Ermənistanın keşmiş prezidenti Robert Koçaryan ailəsi ilə birlikdə ABŞ-yə mühacirət edir.
"Unikal" xəbər verir ki, eks prezidentin oğlunun övladları ABŞ-da doğulduğu üçün ora köçmək niyyətindədir.
Bildirilir ki, Koçaryanın göstərişi ilə artıq ailənin pul və biznesini xaricə köçürmək üçün proseslər başlayıb.
Məlumatlara görə, Robertin mühacirəti həm də Serj Sarkisyanın fəallığının kəskin artması ilə bağlıdır. Sarkisyanın nə isə bildiyi və buna görə də müxalifət düşərgəsindəki boş yeri tutmaq ümidi ilə fəallaşdığı güman edilir.