Türkiyənin Millət Alyansının sədr müavini və İBB sədri Əkrəm İmamoğlunun Ərzurumda keçirilən mitinqinə hücum edilib.
"Unikal" xəbər verir ki, hadisələrdən sonra bəzi vətəndaşlar yaralanıb.
Millət Alyansının sədr müavini və İBB sədri Əkrəm İmamoğlu Ərzurumda keçirilən mitinqdə xalqa müraciət etdikdə gərginlik yaranıb. Mitinq meydanının düz yanına toplaşan qrup İmamoğlunun olduğu avtobusa və ərazidəki vətəndaşlara daş və özləri ilə gətirdikləri bəzi əşyalar atmağa başlayıb. Hücumdan sonra bəzi vətəndaşlar yaralanıb. Baş verənlərdən sonra İmamoğlu ərazidə dayanan polisləri çağıraraq qrupa müdaxilə etmələrini istəyib, lakin polis hadisəyə biganə qalıb.