Bu gün Moldovanın paytaxtı Kişinyovun mərkəzində etiraz aksiyası keçirilib.
"Unikal" xəbər verir ki, polis mitinq zamanı bir sıra qanun pozuntuları qeydə alıb.
Etirazçılar şəhərin mərkəzində yerləşən əsas prospektin bir hissəsini bağlayıblar.
Etiraz aksiyasını Rusiyayönümlü “Şor” partiyasının da daxil olduğu “El Hərəkatı Uğrunda” təşkil edib. Parlament binası qarşısına toplaşan etirazçılar hökumət əleyhinə şüarlar səsləndirib və növbədənkənar seçkilərin keçirilməsini tələb ediblər.
Baş Polis Müfəttişliyindən bildiriblər ki, şübhəli davranışları olan 27 nəfər saxlanılıb.
Hələlik aksiyada iştirak edənlərin sayı barədə məlumat verilməyib.