Serbiyanın təhsil naziri Branko Ruziç Belqrad məktəbində 9 nəfərin ölümü ilə nəticələnən atışmadan sonra istefa verib.
"Unikal" xəbər verir ki, bu barədə Tanjuq məlumat yayıb.
Qeyd olunur ki, vəzifəsini tərk etmək qərarına gələn nazir respublikanın baş naziri Ana Brnabiçə istefa məktubu göndərib və orada “həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib”.
"Məktəb hadisələrinin dramatik şəkillərini, ölən uşaqların təsəllisiz valideynlərinə başsağlığı verərkən tökülən göz yaşlarını ömrüm boyu ruhumda möhür kimi daşıyacağam", - deyə Ruziç bildirib.