Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük İstanbul Tuneli layihəsinin həyata keçirildiyini açıqlayıb.
"Unikal" xəbər verir ki, bunu dövlət başçısı bazar günü İstanbulda keçirilən kütləvi mitinqdə deyib.
“Biz Böyük İstanbul Tuneli layihəsini həyata keçiririk. Bu layihə Marmaray və Avrasiya tunelindən sonra İstanbul boğazının altından keçəcək üçüncü tunel olacaq”, - Ərdoğan bildirib.
Prezident qeyd edib ki, Böyük İstanbul tuneli meqapolisin 11 müxtəlif dəmir yolu xəttini birləşdirəcək.
Onun sözlərinə görə, bundan hər il 6,5 milyon insan istifadə edəcək.