Ərzurumda icazəsiz mitinq keçirdiyinə görə İmamoğlu barəsində cinayət işi açacağam.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Ərzurum bələdiyyə sədri Mehmet Sekmen məlumat verib.
"İmamoğlu Elazığda baş verən zəlzələdən sonra Ərzuruma tətilə gəlmişdi. Ərzurum milliyətçi şəhərdir. Burada icazəsiz heç bir mitinq keçirilə bilməz" - deyə Sekmen bildirib.
Məlumat üçün qeyd edək ki, bu gün Türkiyənin Millət Alyansının sədr müavini və İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğluna Ərzurumda keçirdiyi mitinq zamanı hücum olub.