Rusiyanın Kurqan vilayətinin bir sıra yaşayış, istirahət kəndləri və qəsəbələrində irimiqyaslı yanğınlar baş verib. İlkin məlumatlara görə, vətəndaşlara və müəssisələrə xeyli maddi ziyan dəyib.
"Unikal" xəbər verir ki, yanğın nəticəsində 3 nəfər həlak olub, hazırda ölənlərin dəqiq sayı müəyyənləşdirilir. Bu faktla bağlı Rusiya İstintaq Komitəsinin Kurqan vilayəti üzrə İstintaq Komitəsinin istintaq orqanları tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 293-cü maddəsinin 2-ci hissəsi (səhlənkarlıq) ilə cinayət işi başlanıb.
Hazırda ixtisaslaşmış bölmələrin əməkdaşları yanğının lokallaşdırılması və söndürülməsi üçün bütün mümkün tədbirləri görür.