ABŞ prezidentliyinə namizəd hüquqşünas, ABŞ-nin 35-ci prezidenti Con Kennedinin qardaşı oğlu olan kiçik Robert Kennedi müsahibəsində 1963-cü ildə dövlət başçısına sui-qəsddə ölkənin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) əli olduğunu bildirib.
“Unikal” xəbər verir ki, bu barədə o “New York Post”a danışıb.
“Onun qətlində MKİ-nin əli olduğuna dair güclü dəlillər var. Hesab edirəm ki, hazırda bu, ağlabatan şübhələrdən kənardadır”, - siyasətçi bildirib.
Kennedinin sözlərinə görə, Amerika kəşfiyyatı təkcə qətldə deyil, həm də cinayətin “izlərini ört-basdır etməkdə” iştirak edib.