Peruda qızıl mədənində baş verən yanğında 27 nəfər həlak olub.
"Unikal" BBC-yə istinadən xəbər verir ki, hadisə Arekipaço bölgəsindəki La Esperanza mədənində qeydə alınıb. Yanğının elektrik naqillərində qısaqapanma nəticəsində baş verdiyi ehtimal edilir.
Yerli rəsmilər iki nəfərin alovdan xilas edildiyini bildiriblər.
Yanğın baş verən zaman mədənçilər yer səthinin 80-100 metr dərinliyində işləyirmişlər.
Gülayə Mecid