Ukraynanın Zakarpatiya vilayətində ölümlə nəticələnən qəza baş verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, “Mersedes” markalı avtomobil yol hərəkəti qaydalarını pozaraq “Range Rover”lə toqquşub. Hadisə nəticəsində 3 nəfər ölüb.
Hadisəni törədən “Mercedes”in sürücüsü narkotiklərlə mübarizə idarəsinin polis kapitanı olduğu üzə çıxıb. Qəzada “Range Rover”in sürücüsü və sərnişini də dünyasını dəyişib. Məlum olub ki,“Range Rover”də olan sərnişin xalq deputatlarından biri imiş.
Qəza yerinə polis və təcili yardım briqadası cəlb olunub.
Gülayə Mecid