Türkiyədə ABŞ prezidentinin bəyanatlarına əhəmiyyət verilmir və Ankara Vaşinqtona güvənsəydi, ölkənin taleyi Əfqanıstanın taleyi ilə eyni olacaqdı.
"Unikal" "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.
"Qərb qəyyumluğu Prezident Rəcəb Tayyib Ərdoğan dövründə ləğv edilib. Vaxtilə Türkiyədə kütləvi informasiya vasitələri Qərbə yönəlmişdi. Amerika səfirləri nəsə dedilərsə, bu, əsas xəbərə çevrildi. İndi ABŞ prezidenti nəsə desə, Türkiyə buna fikir vermir”, - Soylu bildirib.
Bununla yanaşı, Soylu ABŞ-ı ölkə sərhədləri yaxınlığında terror dövləti yaratmağa cəhddə ittiham edib.
Gülayə Mecid