Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin (QUR) rəhbəri Kirill Budanovun “rusları öldürməklə” hədələməsini şərh edib.
"Unikal" xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.
Peskov vurğulayıb ki, bu, Kiyev rejiminin “yalnız sponsor deyil, həm də terrorizmin təşkilatçısı” olduğunun birbaşa təsdiqidir.
O, həmçinin qeyd edib ki, Rusiya xüsusi xidmət orqanları rusiyalı yazıçı Zaxar Prilepinə sui-qəsd cəhdini araşdırmaq üçün lazım olanı edəcək.
Seymur Əli